BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə kafedə müştərini bıçaqlayan şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətlə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Nurməmməd Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 2023-cü ilin iyul ayında Bakı şəhər Nəsimi rayonunda yerləşən “Çay evi 017” adlı kafedə qeydə alınıb.

 

Belə ki, Ağayev Nurməmməd Subhi oğlu saat 01:15-də kafedə Elnur Süleymanovu bıçaqlayıb. Qarın nahiyəsindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Hadisəyə səbəb isə söyüş üstündə olub.

 

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb. N.Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix: 28 İyun 2024, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin