BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyevdən növbədənkənar parlament seçkiləri ilə bağlı AÇIQLAMA

"Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxıldı və 1 sentyabr tarixinə Milli Məclisə növbədənkənar seçkilər təyin olundu. VI çağırış Milli Məclis Prezident İlham Əliyevin parlamentin qarşısına qoyduğu tapşırıq və tövsiyələrə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi".

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

"Milli Məclisin sədri xanım Sahibə Qafarovanın rəhbərliyində parlament beynəlxalq parlament təsisatları ilə əməkdaşlıq etdi, pandemiya və müharibə şəraitində fasiləsiz fəaliyyət göstərdi. Deputat həmkarlarımla birlikdə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirildi, ölkəmizin həqiqətləri beynəlxalq ictimaiyyətə catdırıldı. Millət vəkilləri olaraq, səlahiyyətlərimiz çərçivısində hər zaman Sizə layiqli xidmət göstərməyə çalışdıq. Sizlərə etimadınıza görə minnətdaram", - o qeyd edib.

Tarix: 28 İyun 2024, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin