“Milli Məclisin deputatlarının parlamentin buraxılması ilə bağlı müraciəti ölkədə aparılan islahatların davamıdır. Yaxın gələcəkdə ölkədə həyata keçirilən islahatlara uyğun aktiv parlament formalaşacaq”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğundur:
“Dekabrın 4-də Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qərar verdi və növbədənkənar seçkilərin keçirilməsini Azərbaycan Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab etdi”.
Milli Məclisin deputatı növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müxalifətin mövqeyinə də münasibət bildirib: "Azərbaycanda sağlam müxalifət yoxdur, ayrı-ayrı küçə adamlarından ibarət dəstələr var. Onların işi şər-böhtan kampaniyası aparmaq, ölkəmizdə gedən islahatlara, yeniliklərə kölgə salmağa çalışmaqdan ibarətdir. AXCP sədri Əli Kərimli deyir ki, növbədənkənar parlament seçkiləri qış aylarına təsadüf edir. Görün, necə gülməli və absurd fikir səsləndirir? Seçkilərin qışda, yayda, payızda, yazda olmasının nə fərqi var ki? Seçkilər bu mövsümlərdən birinə düşməlidir. Fəsillərin parlament seçkilərinin keçirilməsinə nə təsiri ola bilər ki?
Aydın görünür ki, bunların arqumentləri də qalmayıb. İndi də çalışırlar ki, növbədənkənar parlament seçkiləri ilə bağlı absurd fikirlər səsləndirib diqqət cəlb etsinlər. Əlbəttə ki, onlar bu tapşırığı xaricdəki ağalarından, Azərbaycanın inkişafını gözü götürmyən qüvvələrdən alırlar. Artıq Azərbaycan xalqı onların hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. Onsuz da xalq radikal müxalifəti dəstəkləmir. Seçkilərin hansı fəsilə düşəcəyi müzakirə mövzusu deyil, bunu normal adam dilə gətirməz".
C.Osmanov əlavə edib ki, bu gün özünü müxalifət adlandıran radikal, antimilli ünsürlər xalqın mənafeyinə, dövlətin maraqlarına zidd mövqedən çıxış edirlər, xəyanətkar və satqın “fəaliyyət”lə məşğuldurlar: "Onlar 1990-ci illərin əvvəlində bir il hakimiyyətdə olublar, həmin bir il ərzində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də xalq onları hakimiyyətdən qovdu. Belələrinin ölkəmizin inkişafı, islahatlar prosesinə kolgə salmaq cəhdləri əbəsdir. Bu gün Azərbaycan xalqı radikal müxalifəti rədd edir. Məhz bu səbəbdəndir ki, indi kiçik bir qrup halında qalıblar. Radikallar heç vaxt məqsədlərinə çata bilməyəcəklər”.Trend
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
Ən son xəbərləri səhifəmizdən də izləyin