BURADA REKLAMINIZ OLA
BİLƏR

Tağıyevin Türkiyədəki villası satışa çıxarıldı – 17 milyona

Azərbaycanlı messenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, 300 illik tarixə sahib malikanə 17 milyon lirəyə (5 milyon 23 min 500 AZN) satılır.

 

Məlumata görə, birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə onu azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev alıb.

 

Villanı hazırda ilin müəyyən aylarında messenatın nəticələri istifadə edir. 2 min  400 kvadratmetr ərazisi olan malikanə  5 otaq və 2 salondan ibarətdir.Qafqazinfo

Tarix: 5 Dekabr 2019, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin