BURADA REKLAMINIZ OLA
BİLƏR

Polislərə bıçaqla hücum edən İran əsilli şəxs öldürüldü

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları onlara bıçaqla hücum edən İran əsilli şəxsi zərərsizləşdiriblər.

 

Hadisə Almaniyanın Lauf an der Peqnits şəhərində qatar stansiyası yaxınlığında baş verib.

 

Qeyd olunur ki, hücumdan əvvəl həmin şəxs avtomobildə olan polisləri təhqir etməyə və təxribat etməyə başlayıb, bundan sonra polislər bibər qazından istifadə ediblər.

 

Buna cavab olaraq kişi polisi bıçaqlamağa çalışsa da, qarın nahiyəsindən yaralanıb və hadisə yerində ölüb.

 

APA

Tarix: 1 İyul 2024, 07:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin