BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışını öldürən şəxs cəzasının azaldılmasını istəyir

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Səhrab Məlikzadənin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası iyunun 3-nə təyin edilib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o,9 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: adisə 2023-cü ilin sentyabrında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.


Belə ki, 1999-cu il təvəllüdlü Səhrab Məlikzadənin aralarında yaranan mübahisə zamanı 1997-ci il təvəllüdlü Tahir Miriyevin bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov 

Tarix: 1 İyul 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin