BURADA REKLAMINIZ OLA
BİLƏR

300 minlik dələduzluq edən sabiq məktəb direktor yenidən məhkəmə qarşısında

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü Samirə Əkbərova barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.
 

Məhkəmənin ilkin hazırlıq iclası iyunun 3-nə təyin edilib.
 

Qeyd: S.Əkbərovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.


İttihama görə, S.Əkbərova müxtəlif illərdə Bakıda 44 saylı, Abşeron rayonunda isə 5 saylı məktəblərin direktoru olub. O, 44 saylı məktəbdə direktor işlədiyi vaxtda Arzu adlı tanışına onu paytaxtda məktəblərin birinə direktor təyin etdirəcəyini vəd edərək 150 min manat alıb. Bundan sonra o, həmin qadına birgə uşaq bağçası açmaq adı ilə vəd verərək yenidən 150 min manat alaraq ələ keçirib.


Daha sonra isə Abşeron rayon Mehdiabad qəsəbə 5 saylı orta məktəbə rəhbərlik etdiyi vaxt S.Əkbərova digər şəxsə övladının Rusiyada aldığı diplomu nazirlikdə təsdiqlədəcəyini vəd edərək altı min manat alıb. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əkbərova 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ona qarşı mülki iddia da təmin edilib. Hökmdə sabiq direktordan 300 min manatın alınaraq zərərçəkmiş şəxsə ödənilməsi qeyd edilib.

 

Kamal Məmmədov 

Tarix: 1 İyul 2024, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin