BURADA REKLAMINIZ OLA
BİLƏR

Hoteldə sevgilisini pəncərədən atan şəxs hökmdən şikayətçidir

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından ataraq öldürməkdə cəhdə təqsirləndirilən Şükür Qəmbərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyunun 1-nə təyin edilib.


Qeyd: 1995-ci il təvəllüdlü Ş.Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

İttihama görə, Ş.Qəmbərov 2022-ci ilin aprelin əvvəlində Ağcabədidəki kafelərdən birində ofisiant işləyən T.İ (ad şərti) adlı qadınla tanış olub və qeyri-rəsmi münasibətə başlayıb. Şükür onunla ailə quracağı vədini verib. Münasibətləri dövründə Şükür qadına və onun uşağına qarşı zorakılıq edib. Buna baxmayaraq, münasibətləri davam edib. 2023-cü ilin 16 fevralında Ş.Qəmbərov darıxdığı və görüşmək istədiyi üçün qadını Bakıda yerləşən hotellərdən birinə dəvət edib. Qadın iki uşağı ilə həmin ünvana gəlib. Otağa daxil olduqdan təxminən yarım saat sonra aralarında mübahisə yaranıb. Davam edən münaqişədən sonra Şükür onu ayaqlarından tutaraq altıncı mərtəbənin pəncərəsindən üçüncü mərtəbənin damına atıb. Ağır bədən xəsarətləri alan T.İ xəstəxanaya yerləşdirilib və həyatı xilas olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qəmbərov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 1 İyul 2024, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin