BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq məmuru şantaj edən qaynı qərardan narazıdır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini Rafael Rəhmanovu şantaj etməkdə ittiham olunan Elman Quliyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 2-nə təyin edilib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

 
Qeyd: Elman Quliyev zərərçəkmiş Rafael Rəhmanovun keçmiş qayını olub. İttihamda deyilir ki, Elman Quliyev zərərçəkmiş şəxsə hədə-qorxu gələrək 100 000 manat tələb edib.
 

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 
Xatırlatma: Rafael Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş rəis Aydın Bəşirovun dövründə müavini olub.

 

Kamal Məmmədov

 

 

Tarix: 1 İyul 2024, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin