BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Benzinlə işləyən maşınlar azalıb, daha çox elektrikli maşınlar alınacaq"

“Keyfiyyətin qalxması ilə əlaqədar yeni investisiyalar, yatırımlar olmalıdır. Nəzərə alsaq ki, bizdə COP29 da keçiriləcək. Gələcəkdə çalışırıq ki, yaşıl enerjidən daha çox istifadə edək. Düşünürəm, daha böyük fikir bundan ibarətdir ki, elektrikli avtomobillərə tədricən keçiləcək. Hamımız bilirik ki, sürətlə elektrik stansiyaları qurulur. Onların qiyməti gömrüksüz Azərbaycana daxil olur. Bilirik ki, artıq elektro avtobuslar da var. Hətta onların Azərbaycanda istehsalı da həyata keçirilir. Təbii ki, Aİ-95 markalı benzin daha bahalıdır. Amma buna baxmayaraq, az vaxtdan sonra Aİ-95 Avro standartlı benzini Azərbaycan özü istehsal edəcək, öz-özünü təmin edəcək. Dünəndən bəri müzakirələrdə insanlar belə fikirləşirlər ki, artıq vaxtdır. Benzinlə işləyən maşınlar azalıb, daha çox elektrikli maşınlar alınacaq. Təbii ki, bahalaşmanın digər məhsullara da müəyyən təsiri olacaq. Əsas budur ki, işbazlar bunlardan istifadə edib qiymətləri qat-qat qaldırmasınlar. Buna heç bir təkan yoxdur”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. 

 

“Qiymətlərdə müəyyən qədər tənzimləmə olacaq. Hardasa, bunu nəzərə almaq olar. Artıq qərar var ki, Avropa ölkələrinin bir neçəsində 2030-cu ilə qədər, digərlərində isə 2035-ci ilə qədər dizel yanacağı ilə işləyən nəqliyyatı, ümumiyyətlə, istifadədən çıxartsınlar. Hətta onun istehsalına da Avropa ölkələrində qadağa qoyulacaq. Xaricdən gətirilən dizellə işləyən nəqliyyatı Avropaya buraxmayacaqlar”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 1 İyul 2024, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin