BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aparıcının anası dənizdə boğuldu - VİDEO

Türkiyənin tanınmış jurnalisti və televiziya aparıcısı İsmail Küçükkayanın 75 yaşlı anası Halise Küçükkaya dənizdə boğularaq ölüb. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Antalyada baş verib.

 

Məlumata görə, Halise Küçükkaya tətil üçün getdiyi hotelin sahilində çimərkən birdən-birə çırpınmağa başlayıb. Hotelin xilasedicisi dərhal onu sahilə çıxarıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Aparılan ekspertiziyalar zamanı Halise Küçükkayanın infarkt keçirərək boğulduğu müəyyən edilib.

 

Tarix: 1 İyul 2024, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin