BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmcinsini şantaj edən gənc qızla bağlı qərar çıxarıldı

Ali Məhkəmədə dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən L.Məmmədovanın barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, kassasiya protesti və şikayəti təmin edilməyib. 

 

İttihama görə, 2001-ci il təvəllüdlü L.Məmmədova etibardan sui-istifadə etmǝ və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib. O, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yaymaqla əmlaka olan hüququnu hədə-qorxu ilə tələb edib. 

 

Cinayət işi üzrə 4 zərərçəkmiş qadın var.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 2 İyul 2024, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin