Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində YENİ TƏYİNAT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilb.

 

Pravda.az-ın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.

 

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

 

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək.Bakupost

Tarix: 2 İyun 2020, 00:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin