BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafe sahibindən hədə-qorxu ilə pul tələb edən şəxslərlə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində kafe sahibindən hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Sakit Əlişov və Şahin Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu stula bağlayıb bıçaqla hədələyərək 200 000 manat verilməsini tələb ediblər.

 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 2 İyul 2024, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin