BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeznəsini öldürən və atası ilə bacısını güllələyən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə Ağstafa rayonunda qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Ramil Mustafayevin kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

İttihama görə, hadisə 2021-ci ilin yanvar ayının 9-da Ağstafa rayonunun Sadıxlı kəndində qeydə alınıb.
 

Belə ki, 1991-ci il təvəllüdlü R.Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yeznəsi Taleh Süleymanovu odlu silahdan atəş açaraq qətlə yetirib, atası M.Mustafayevlə bacısı İ.Mustafayevi isə öldürməyə cəhd edib.
 

Daha sonra R.Mustafayev şübhəli şəxs qismində tutulub.
 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci (Qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mustafayev 18 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov

Tarix: 2 İyul 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin