BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə həmkəndlisini maşınla vuraraq öldürən sürücünün şikayətini təmin etmədi

Ali Məhkəmədə Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ziyafəddin Fətullayevin kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Z.Fətullayev 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: Hadisə 2023-cü ilin 15 avqust tarixində Biləsuvar rayonunun Çaylı kəndində baş verib. 1984-cü il təvəllüdlü Z.Fətullayev idarə etdiyi "Ford Tranzit" markalı avtomobil ilə hərəkətdə olarkən həmkəndlisi 1968-ci il təvəllüdlü Sələmə Sultanovanı vurub. Qadın hadisə yerində ölüb.

 

Kamal Məmmədov

Tarix: 2 İyul 2024, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin