BURADA REKLAMINIZ OLA
BİLƏR

Benzinin bahalaşması 2025-ci ildə manatı ucuzlaşdıracaqmı? - AÇIQLAMA

“Benzinin bahalaşmasının milli valyutanın ucuzlaşmasına təsiri yoxdur. Çünki milli valyutanın məzənnəsi valyuta ehtiyatlarımıza bağlıdır, valyuta ehtiyatlarımız da neftin hasilatına, neftin qiymətinə. Burada isə heç bir problem yoxdur. Valyuta ehtiyatlarımız kifayət qədərdir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. 

“Əksinə, dövlət qiymətləri artırmaqla büdcəni doldurur. Buna görə heç bir maliyyə problemləri olmayacaq. Dövlətin iki variantı var. Ya valyuta ehtiyatlarını daxilə sərf etsin, ya da əksinə, kobud dildə desək, əhalini və sahibkarları daha çox maliyyə tərəfdən yükləsin, pulu bundan çıxarsın. Elə bu yola üstünlük verirlər. Pulu bizdən çıxarırlar. Buna görə də manatla bağlı təhlükə yoxdur...”, - Ə.Həsənov bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 2 İyul 2024, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin