BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi DƏMX-nin tərtib etdiyi protokoldan şikayət etdi

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Həsənov Elçin Alşan oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tərtib etdiyi protokoldan şikayət edib.

 

Pravda.az-ın xəbərinə görə, o, müraciəti Səbail Rayon Məhkəməsinə edib.

 

İş hakim Ülviyyə Şükürovanın icraatındadır.

 

Qeyd: DƏMX protokolu İnzibati Xətalar Məcəlləsinin 199-cu (İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 3 İyul 2024, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin