BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşını kanala aşan sürücü ilə bağlı məhkəmə qərarı açıqlandı

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə Qurban Gözəlovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 22 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.

 

Belə ki, Qurban Gözəlov sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Ford Transit mikroavtobus” markalı mikroavtobusla hərəkətdə olarkən idarəetməni itirib və  nəqliyyat vasitəsi yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişin Xalac kənd sakini Bəyanə Eyyubova ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Gözəlov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmə əsasən, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Kamal Məmmədov

 

Tarix: 3 İyul 2024, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin