BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının üzvü tərtib edilən protokoldan şikayət etdi

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının üzvü Sərvər Süleymanlı Dövlət Yol Polisi İdarəsinin (DYP) onun barəsində tərtib etdiyi protokoldan şikayət verib.

 

Pravda.az-ın xəbərinə görə, o, Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

 

İş hakim Solmaz Mustafayevanın icraatındadır.

 

Qeyd: DYP protokolu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 4 İyul 2024, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin