BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azpetrol”da operatoru döyən "Mazda”nın sürücüsü ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Cavadovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Xəzər Rayon Məhkəməsinin çıxardığı 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası dəyişdirilərək, ona 1 500 manat məbləğində cərimə cəzası ilə əvəz olunub. 

 

İttihama görə, hadisə 09 iyun 2023-cü il tarixdə, saat 13:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan şosesində fəaliyyət göstərən "Azpetrol” yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

 

Belə ki, 1970-ci il təvəllüdlü Əkbər Cavadov idarə etdiyi "Mazda CX” markalı avtomobilə sözügedən məntəqəyə gəlib. Həmin vaxt xidmətdə olan operator, zərərçəkmiş Qasım Səfərov (şərti) postuna yaxınlaşıb. Təqsirləndirilən şəxs isə ondan 30 manat miqdarında avtomobilinə yanacaq doldurmasını istəyib. Zərərçəkmiş şəxs də yanacaq tapançasını onun maşınının çəninə daxil edib və sonra məntəqənin digər postuna da xidmət edən iş yoldaşının nahara getdiyi üçün ona kömək edib. Yəni, həmin posta yaxınlaşan müştərinin avtomobilinə yanacaq vurmağa başlayıb. Bu zaman Əkbər Qasımla mübahisə edib. Sonra o, maşından düşərək zərərçəkmişə bir neçə dəfə şillə zərbəsi ilə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Əkbər Cavadov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

 

Tarix: 4 İyul 2024, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin