BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə restoranda faciəyə səbəb olan şəxslə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirləndirilən Rüfət Əkbərlinin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, protest və şikayət təmin edilməyib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əkbərliyə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
 

İttiham aktına əsasən, R.Əkbərli Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Lakin məhkəmə onun əməlini CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və bununla da R.Əkbərlinin cəzası yüngülləşib.
 

Qeyd: Hadisə 2023-cü ilin iyul ayında Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb. Belə ki, rayonun Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 57 ünvanında yerləşən restoranlardan birində R.Əkbərli iş yoldaşı Azər Ömərovla güləşməyə başlayıb. R.Əkbərli A.Ömərova fənd tətbiq edərək onu zərblə yerə yıxıb. Ağır bədən xəsarətləri alan A.Ömərov hadisə yerində dünyasını dəyişib.

 

Kamal Məmmədov

Tarix: 4 İyul 2024, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin