BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tarqovı”da turistə hücum edən şəxslərlə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində Səbail rayonu ərazisində - “Tarqovı” adlanan məhəllədə Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Şahin Cavadov və Asif Bağışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hər iki gənc Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq) maddələri ilə təqsirli bilinib.

 

Məlumata görə, gənclər 2023-cü il fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində Pakistan vətəndaşı Umar Farooqa bıçaqla hücum edərək içərisində 2 000 ABŞ dolları, 50 manat və sənədlər olan cüzdanını quldurluq yolu ilə talayıblar. 

 

Belə ki, pul kisəsi arxa cibində açıq görünən turist Şahinin və Asifin diqqətini çəkib və onlar həmin şəxsi təqib ediblər. Daha sonra əcnəbiyə hücum edən şəxslər onun pulqabısını götürərək qaçıblar.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Cavadov 9 il və Asif Bağışov isə 8 il müddətinə azadlıqdan məhrum edilib

 

Qeyd: Həbs edilən gənclər əvvəllər də oxşar əməllərə görə məhkumluq həyatı yaşayıblar.

 

Kamal Məmmədov

Tarix: 4 İyul 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin