BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə sabiq məmuru şantaj edən qaynı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini Rafael Rəhmanovu şantaj etməkdə ittiham olunan Elman Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Qeyd: Elman Quliyev zərərçəkmiş Rafael Rəhmanovun keçmiş qayını olub. İttihamda deyilir ki, Elman Quliyev zərərçəkmiş şəxsə hədə-qorxu gələrək 100 000 manat tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatma: Rafael Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş rəis Aydın Bəşirovun dövründə müavini olub.

 

Kamal Məmmədov 

Tarix: 4 İyul 2024, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin