BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə torpağını özbaşına tutmaqda ittiham edilən şəxsə bəraət verildi

Gəncə Apellyasiya Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Amil Fərəcovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


 
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

İttihama görə, Amil Fərəcov 2021-ci ildən başlayaraq 2023-cü ilin sentyabr ayının ortalarına kimi olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonunun Əliyanlı kəndində yerləşən Əliyanlı bələdiyyəsinin mülkiyyətində olan 3 ha torpaq sahəsinin 2,5 ha sahəsini özbaşına tutub. Sonra o, həmin sahənin üzərində yonca və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əliyanlı bələdiyyəsinin mülkiyyət hüququnu pozub. Bərdə Rayon Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 5 İyul 2024, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin