BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: "Təhlükə ehtimalı olarsa, Azərbaycan da niqabla bağlı addımlar ata bilər"

“Rusiyanın bəzi yerlərində terror təhlükəsizliyi ilə bağlı niqaba qadağa qoyulması barədə qərar verilib. Dağıstanda da bu qərarın qəbul edilməsinin çox ciddi əsasları var. Çünki bu gün, təəssüf ki, terrorçular niqabdan öz çirkin məqsədlərini həyata keçirmək məqsədilə istifadə edirlər. Bu da bir sıra ölkələri sərt qərarlar qəbul etməyə məcbur edir. Əlbəttə ki, belə qərarların qəbulunda müsəlmanların özləri də ciddi məsuliyyət daşıyırlar. Onlar belə məsələlərə yol verməsələr, yanlış addım atmasalar, bu cür qərarların qəbuluna ehtiyac qalmaz. Azərbaycanda isə hazırda belə bir təhlükə yoxdur. Təhlükə ehtimalı olarsa, Azərbaycan da niqabla bağlı addımlar ata bilər. Hələ ki, bu gün buna ehtiyac və zərurət yoxdur. Düşünürəm, ehtiyac olsa, gələcəkdə bu barədə düşünə bilərik”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib. 

 

Deputat bildirib ki, İslam dininə görə, niqab vacib deyil: “Bəzi müsəlmanlar niqabı ehtiyat məqsədilə, fitnə-fəsadla əlaqələndirərək taxırlar. Dinimizdə konkret olaraq qadınların üzü və əlləri istisna olmaqla bədən hissələrinin örtülməsi vacibdir. Amma bütövlükdə niqab barədə göstəriş yoxdur. Bu mənada, müsəlmanlar özləri müəyyən davranışlardan uzaq olmalıdırlar ki, belə qadağalar qəbul edilməsin”. 

 

Aytəkin Qardaşova 

Tarix: 6 İyul 2024, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin