Avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılması, ekoloji cəhətdən təmiz elektromobil və hibrid avtomobillərdən istifadənin təşviqi məqsədilə həyata keçirilən layihələr zamanla öz müsbət tərəflərini göstərməyə başlayır. Nəzərə alsaq ki, atmosfer havasına atılan zərərli maddələrin böyük bir hissəsi avtonəqliyyatın payına düşür. Bu səbəbdən də köhnə avtoparkın yenilənməsi, elektromobil və hibrid avtomobillərin istifadəsi stimullaşdırılır. Təcrübə göstərir ki, elektromobil və hibrid avtomobillərin istifadəsi ilə havaya atılan tullantıların həcmi azalır və bu da öz növbəsində ölkənin ekoloji durumunu yaxşılaşdırmağın mümkünlüyünü önə çəkir. Azərbaycanda yanacağın bahalaşması fonunda bu məsələ aktuallığını saxlayır. Belə ki, bahalaşmaya müsbət tərəfdən yanaşanlar hesab edirlər ki, hökumətin bu addımı elektromobil və hibrid avtomobillərə marağı artıracaq, təşviqat kampaniyasının bir hissəsinə çevriləcək.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, benzinin bahalaşması reallıqlara əsaslanır.

Komitə sədri qeyd edib ki, dünya bazarında yanacağın qiyməti getdikcə artır: “Bu da neft ehtiyatlarının müəyyən qədər tükənməsi ilə, nəqliyyat sayının artımı, əhalinin çoxalması ilə əlaqədardır. Sözsüz ki, bu artım yeni yollar arayıb-axtarılmasını, problemlərdən çıxış yollarını tələb edir. Dünya da müasirləşir. Yeni texnologiyalar, avadanlıqlar, dəzgahlar meydana gəlir. Bu gün ekoloji tarazlığın təmin edilməsi, təbiətin qorunması mühüm amil kimi qarşıda durur. Çünki iqlim dəyişiklikləri, müharibələr, münaqişələr təbiətə müəyyən ziyanların vurulması insanların həyatı üçün ciddi təhlükələr yaratmaqdadır. Belə bir vaxtda elektrikli avtomobillərə marağın artması təbiidir. Bu həm rahatlıqdır, həm ekologiyanın qorunmasıdır, həm də ailə büdcəsinə qənaət edilməsidir. Düşünürəm, yeni texnologiyaların tətbiqi həmişə effektli olub. Bu gün də müasir həyatda özünü göstərir. 50 il bundan əvvəl mobil telefonların meydana gələcəyini, istədiyimiz anda istədiyimiz adamla səsli və ya görüntülü danışa bilcəyəimizi desəydik, buna çoxları şübhə ilə baxardılar. Elektriklə işləyən maşınların istifadəsi də həqiqətə çevrilib. Dünya ölkələri bu maşınlardan geniş şəkildə istifadə edirlər. Azərbaycanda da artıq elektriklə işləyən maşınlar var. Daha səmərəli yollara getmək vacibdir. Bu yol büdcəmizə, səhhətimizə, məişətimizə faydalıdırsa, mütləq müasir texnologiyaları həyatımıza tətbiq etməliyik”.
İqtisadçı-ekspert Eyyub Kərimli isə bildirib ki, bu keçid gələcəyin nəqliyyat sisteminin, ictimai nəqliyyatın daha da təkmilləşdirilməsinə, müasir standartlara cavab verməsinə təsir göstərəcək:

“Hazırda ölkədə avtomobil parkının 80%-nin yaşı 10 ildən yuxarıdır. Bu da ətraf mühitə mənfi təsir göstərir, zərərli tullantıların atılmasına səbəb olur. Bilirsiniz ki, artıq dünyanın bütün ölkələrində BMT-nin müasir proqramına əsasən, 2035-ci ilə qədər zərərli qazlarla işləyən avtomobillərin ləğv olunması, hibrid, elektriklə çalışan avtomobillərdən istifadənin genişlənməsi nəzərdə tutulur. Bu məsələ nə vaxtsa başlamalı idi. Bəlkə də, biz bu istiqamətdə gecirik. Digər tərəfdən benzinin qiymətinin artması da var. Benzinin keyfiyyətinin “Avro-5” standartına çatdırılması uzun müddətdir, nəzərdə tutulurdu. Keyfiyyət həm də qiymətin dəyişməsinə səbəb olur. Dizelin qiymətinin artması isə hazırda ölkədə istismarda olan köhnə avtomobillərin yavaş-yavaş utilizasiyasına və istismarının dayanmasına səbəb olacaq, avtomobil parkının yenilənməsinə müsbət təsirini göstərəcək. Bu cür tədbirlər uzunmüddətli təsirlərə malikdir. Ola bilər, təsirləri bir neçə ildən sonra özünü daha qabarıq hiss etdirsin. Bununla yanaşı, stimullaşdırıcı tədbirlərin genişləndirilməsi də müsbət nəticə verə bilər. Hibrid və elektrikli avtomobillərin idxalına müəyyən güzəştlərin tətbiqi prosesin daha sürətlə getməsinə təsir göstərə bilər”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin