BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş kişi televizora yüksək səs vermək üstündə arvadını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vəli Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

 

İttihama görə, hadisə 08 iyul 2023-cü il tarixdə, gecə saat 01 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Vəli Hacıyev yaşadığı evdə arvadı, zərərçəkmiş Zəminə Hacıyeva (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə kişinin mütəmadi olaraq spirtli içkilər içməsi və televizora yüksək səs verməsi olub. Qadın da bunlara görə ərinə iradlar bildirib. Nəticədə Vəli Zəminənin üzərinə hücum edib onun sifət, baş, bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla qəsdən ardıcıl zərbələr vuraraq qadına xəsarətlər yetirib. Hadisədən sonra Zəminə Hacıyeva DİN-nin “102 xidməti” zəng mərkəzinə zəng edərək ərindən şikayətçi olub və Vəli Hacıyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 8 İyul 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin