BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda jurnalistin həyat yoldaşı karantinə alındı

Mətbuatda Jurnalistlər binasında COVİD-19 infeksiyasına yoluxma faktı ilə bağlı informasiyalar dərc edilib.

 

Pravda.az-ın xəbərinə görə, koronavirus şübhəsi ilə karantinə alınan şəxs Xalq.az və Bakutime.az portallarının rəhbəri Zaur Mirzəzadənin həyat yoldaşıdır.

 

Qeyd edək ki, Z.Mirzəzadə həmin binada kirayədə yaşayır. Onu da bildirək ki,Z.Mirzəzadənin özündən və 3 övladından test götürülsə də, nəticələr neqativ çıxıb. Bununla bağlı jurnalistin özü də facebook hesabında paylaşım edib.

Tarix: 2 İyun 2020, 20:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin