BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəhrəman Qələndərov vəzifəsindən azad edilib? - AÇIQLAMA

Bakı Beynəlxalq Avtovağzalın baş direktoru Qəhrəman Qələndərovun vəzifəsindən azad edildiyi iddia olunur.

 

Pravda.az məlumatın doğru olub-olmadığını aydınlaşdırmaq üçün quruma sorğu ünvanlayıb.

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Əliyev bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir.

 

Xatırlatma: Əvvəllər Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işləyən Q.Qələndərov 2023-cü ilin mart ayından etibarən Bakı Beynəlxalq Avtovağzalın baş direktoru vəzifəsində çalışır.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyul 2024, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin