BURADA REKLAMINIZ OLA
BİLƏR

Narkotik əvəzinə pudra satan şəxs tanışını bıçaqladı – AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Pərviz Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


 
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.


 
İttihama görə, hadisə 22 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, Novxanı bağlan ərazisində "Sarı qaya" deyilən yerdə qeydə alınıb.

 

Belə ki, Pərviz Səfərov tanışı, zərərçəkmiş Novruzbəy Həsənova (soyadı şərti) istifadə etmək məqsədilə narkotik maddəsi verib. Lakin Novruzbəy həmin narkotik maddəni istifadə etdikdə onun narkotik maddə olmadığını, pudra olduğunu bilib. Bu zaman həmin şəxslərin arasında mübahisə yaranıb. Onlar "Sarı qaya" deyilən yerdə görüşüblər. Pərviz zərərçəkmiş şəxsə onu aldatmadığını və narkotik maddə verdiyini deyib və söyüş söyüb. Amma Novruzbəy onun sözü və söyüşlərinə inanmayıb, eyni zamanda təqsirləndirilən şəxsin söyüş söydüyünə əsəbiləşib. Sonra o, Novruzbəyin sifətinə bir neçə şillə zərbəsi vurub. Həmin vaxtı zərərçəkmiş şəxs üzərindəki bıçağı çıxarıb Pərvizə göstərib. O, daha da əsəbiləşib və üzərində gəzdirdiyi bıçağı çıxarıb Novruzbəyin döş qəfəsi nahiyəsinə qəsdən bir zərbə endirərək ona xəsarət yetirib.

 

Hadisədən sonra Pərviz Səfərov saxlanılaraq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 9 İyul 2024, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin