BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmaz Ədliyyə İdarəsinin sabiq rəisinə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
 

Qeyd: Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzov bələdiyyələrə təzyiq göstərməklə torpaq sahələrini qanunsuz yolla ələ keçirməkdə ittiham olunur.

 

İttihama görə, o, vəzifə səlahiyyətlərindən istifadə edərək bələdiyyələrdən qeyri-qanuni olaraq aldığı torpaq sahələrini yaxınlarının adına sənədləşdirib.

 

Cavanşir Əvəzov barəsində Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.4, 193-1.3.2, 32.3, 294.1, 308.1, 320.1, 320.2, 326.1-ci maddələri ilə ittiham irəli sürülüb, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

 

O, cinayət işi ilə bağlı bir müddət əvvəl vəzifəsindən azad olunub.

 

İş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə dəymiş ziyan 500 min manatdan çoxdur.

 

Kamal Məmmədov

 

Tarix: 9 İyul 2024, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin