BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla qucağında körpəsi ilə birlikdə ananı vuraraq öldürən sürücüyə nə qədər cəza verildi?

Sumqayıt Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Allahverdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 04 may 2023-cü il tarixdə, saat 15:15-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 21,7-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Allahverdiyev Vüqar Vahid oğlunun idarə etdiyi “Isuzu” markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili ilə piyada keçidi ilə yolu sağdan sola qucağında 2020-ci il təvəllüdlü Aylin Əzməmmədovayla keçmək istəyən 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını vurub. 

 

Hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirib, azyaşlı qızı isə xəsarət alıb.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Vüqar Allahverdiyev 4 il müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Kamal Məmmədov

 

Tarix: 9 İyul 2024, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin