BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı maşınla vurub öldürərək hadisə yerindən qaçan sürücünün cəzası ağırlaşdırıldı

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törədib və hadisə yerindən qaçmaqda təqsirləndirilən Əsgər Qaraşovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib, Masallı Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə qaldırılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 30 iyul 2023-cü ildə, saat 23 radələrində Üçtəpə-Gülməmmədli yolunun Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Ə.Qaraşov idarə etdiyi “QAZ-33021” yük markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsinin sağ kənarı ilə piyada hərəkətdə olan zərərçəkmiş Ayət Abıyevi maşının qabaq hissəsi ilə vurub və sonra sürücü hadisə yerindən qaçıb.  Nəticədə piyada bir gün sonra ölüb. 

 

Hadisədən sonra Ə.Qaraşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 9 İyul 2024, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin