BURADA REKLAMINIZ OLA
BİLƏR

REAL növbədənkənar parlament seçkiləri ilə bağlı hökumətlə anlaşıb? - İki yer...

Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü, icra katibi Natiq Cəfərli növbədənkənar parlament seçkilərində hökumətlə anlaşmaları, REAL-ın namizədləri üçün parlamentdə iki yer ayrılması barədə iddialara cavab verib. 

 

N.Cəfərli Pravda.az-a açıqlamasında deyib ki, belə iddialara münasibət bildirmək mənasızdır. 

“Azərbaycanda seçki keçiriləcəksə, parlamentdə neçə nəfərin təmsil olunmasına, kimlərin seçiləcəyinə xalq və seçicilər qərar verəcək. Kimlərsə belə iddialar səsləndirirsə, həmin iddia sahiblərinə bu sual ünvanlasa, daha yaxşı olar. Biz seçkilərə ciddi hazırlaşırıq. 13 namizədlə iştirak edəcəyik. Artıq bütün namizədlər ilkin qeydiyyatdan keçiblər. İmza toplama kampaniyası da gedir. Yəni neçə nəfərin təmsil olunmasına seçicilər və xalq qərar verəcək. Neçə yer qazanacağıqsa, o qədər də təmsilçilik əldə edəcəyik”, - o bldirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 9 İyul 2024, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin