BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Halal sertifikatının olması turizm üçün vacib məsələdir, amma işi şəffaf təşkil etmək lazımdır"

Azərbaycanda hotellərə “halal” sertifikatı veriləcəyi barədə xəbər geniş müzakirə yaradıb. Dövlət Turizm Agentliyini “halal hotel” qərarına görə tənqid edənlər xüsusilə ölkədə fəaliyyət göstərən hotellərin keyfiyyətinə narazılıqlarını bildiriblər. 

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda turizmin inkişafı sahəsində ən birinci məsələ hotellərin fəaliyyətidir. 

 

“İkinci növbədə istirahət yerləri, yeməkxanalar və s. sahələrdir. Beşulduzlu hotellərin qiymətləri dünya standartlarına uyğun nəzərdə tutulub. Lakin ikiulduzlu, üçulduzlu hotellərin, yeməkxanaların qiymətlərinin baha olması, təbii ki, insanları narahat edir. Vətəndaşlar burada xərclədikləri pula yaxın ölkələrdə də istirahət edə bilərlər. Ərəb və digər müsəlman ölkələrindən Azərbaycana turistlərin gəlməsi, halal məhsullara tələbatın artması hotellərin restoranlarında “halal” sertifikatının olmasını gərəkdirir. Yerli turistlərimiz də bunu tələb edir, çox böyük önəm göstərirlər. Dövlət Turizm Agentliyi belə bir məsələni ortaya qoyubsa, buna cavabdeh, qeydiyyatda olan rəsmi dini təşkilat da olmalıdır. Bunu hələ görmürəm. Qanunda da müəyyən qədər öz əksini tapmayıb. Bəzi məsələləri Komitəyə tapşırırlar. Halal sertifikatının olması turizm üçün vacib məsələdir, amma işi şəffaf təşkil etmək lazımdır. Xaricdə də bu təcrübə var. Məsələn, qida məhsulunun halal olub-olmadığına inanmırlar, ekspertdən keçirirlər. Nəticədə işi məhkəməyə də verə bilirlər. Yəni bu kimi hallar olur”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 9 İyul 2024, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin