BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşlar xəyanətə görə tanışlarının əl-qolunu bağlayıb başına oyun açdı - QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində əzab vermədə və qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Saməddin Salamov və onun qardaşı Niyaməddin Salamovun (hər ikisinin ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 11 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Ağdam rayonu ərazisində yerləşən qəsəbələrin birində qeydə alınıb. Belə ki, Saməddin Salamov qardaşı Niyaməddinlə birgə arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi tanışı, zərərçəkmiş Samir Səfərovu (ad, soyadı şərtidir) həmin qəsəbəsinin yaxınlığında yerləşən düzənlik əraziyə söhbət etmək adı ilə dəvət edib. Söhbət zamanı zərərçəkmiş Saməddinin arvadı ilə münasibətinin olmasını inkar edib. Qardaşlar isə bundan əsəbiləşərək ona qarşı fiziki güc tətbiq edib və Samiri yerə yıxıb əl-qolunu bağlayıblar. Samir əvvəlcə aktiv müqavimət göstərərək ayağındakı rezin materialdan olan bağlayıcını qırıb qaçmaq istəsə də, buna nail ola bilməyib. Sonra Saməddinlə Niyaməddin zərərçəkmişi üzü üstə yerdə saxlayıb üzərinə təbii ehtiyacını ödəyiblər. Hadisədən sonra qardaşlar saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və onların barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə) 133.2.4-cü, 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. Ağdam Rayon Məhkəməsinin hökmü ilə Saməddin 3 il 6 ay, qardaşı Niyaməddin isə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 10 İyul 2024, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin