BURADA REKLAMINIZ OLA
BİLƏR

İsa Qəmbər növbədənkənar parlament seçkilərindən geri çəkilib? - AÇIQLAMA

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Partiyanın başqanı İsa Qəmbərin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi barədə iddialara aydınlıq gətirib. 

 

G.Aslanlı Pravda.az-a açıqlamasında deyib ki, hər şey ola bilər: 

“Hələ bu haqda məlumatım yoxdur. Hər şey ola bilər. Siyasətdə heç vaxt “yox” demirlər. İsa Qəmbərlə 15 dəqiqə bundan əvvəl görüşmüşəm. Namizədliyini irəli sürüb-sürməyəcəyi barədə mənə heç nə deməyib...” 

 

Qeyd: Müsavat Partiyası bir neçə gün öncə seçkilərə namizədlərini açıqlasa da, İsa Qəmbərin adının siyahıda olmaması müzakirə yaradıb. 

 

Aytəkin Qardaşova 

Tarix: 10 İyul 2024, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin