BURADA REKLAMINIZ OLA
BİLƏR

“Semaşko”da 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra öldü

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü  Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də  xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

 

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq  E. Abdullayev reanimasiya şöbəsində ölüb.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.APA

Tarix: 3 İyun 2020, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin