BURADA REKLAMINIZ OLA
BİLƏR

Xose Bernardonu bıçaqlayan şəxsdən xəbər var

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış teleaparıcı Xose Bernardonu bıçaqlamaqda təqsirləndirilən Abutalub Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirəndirilən şəxsin anket məlumatları dəqiqləşdilib.

 

Məhkəmə baxışı iyunun 16-a təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. A. Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və  1988-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb.

 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onlar daha sonra xəstəxanadan evə buraxılıblar.

 

Xatırladaq ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib.APA

Tarix: 3 İyun 2020, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin