BURADA REKLAMINIZ OLA
BİLƏR

"Vergi ödəməsəniz, başınıza oyun açacağıq..."

Savadsızlıq baş alıb gedir ölkədə. Ali təhsilli vətəndaşlarımız sosial şəbəkələrdəki asan gəlir vəd edən və guya dövlət qurumlarımızın adından danışan elanlara inanıb tanımadıqları adamlara on minlərlə manat vəsaitini etibar edirlər.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

“Guya investisiya fəaliyyəti ilə məşğuldurlar. Bu azmış kimi, aldadıldıqlarını başa düşəndə (guya qazandıqları dividendləri götürə bilməyəndə) ortaya problemi həll etməyi vəd edənlər çıxır və onlara da pul ödəyirlər. Sonra da onları aldadanlar hədə də gəlir ki, vergi də ödəməlisiniz, ödəməsəniz, başınıza oyun açacağıq. Bunlar da qorxur, əl-ayağa düşür. Bilmirsən, güləsən, yoxsa ağlayasan”, - o qeyd edib.

Tarix: 10 İyul 2024, 21:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin