BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə əhvalını soruşan qonşusunu bıçaqlayan şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 2004-cü il təvəllüdlü İslam Əsədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, İslam Əsədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Qərib Cavadova xəsarət yetirib. O, 3 dekabr 2023-cü ildə, saat 20 radələrində “Əli market”in qarşısında tanışı Qərib Cavadov ilə qarşılaşıb. Onlar salamlaşıb, bir-birilərinin kef- əhvalını soruşublar.

 

Bu zaman İslam Qəribin kobud ünsiyyət tərzi nəticəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, Qəribin onun sinəsindən itələyib, özünü üstün tutaraq ünvanına dediyi şəxsiyyətini alçaldan sözlərindən özünü təhqir olunmuş hesab edib. İslam üzərində gəzdirdiyi bıçaqla Qəribə bir dəfə zərbə vurub.

 

Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Əsədov 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

 

Kamal Məmmədov

 

Tarix: 11 İyul 2024, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin