BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını başqasının “söhbəti”nə görə bıçaqlayan məktəbliyə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Şamil Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 29 dekabr 2023-cü il tarixdə, saat 20:50 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Saray market”in qarşısında qeydə alınıb. Belə ki, rayon sakini, 2007-ci il təvəllüdlü Şamil Həsənov olaydan bir neçə gün əvvəl tanışı, zərərçəkmiş Mahir Qafarovun (şərti) əmisi nəvəsi ilə mübahisə edib. Zərərçəkmiş də təqsirləndirilən şəxslə mübahisəyə aydınlıq gətirmək məqsədi ilə görüşüblər. Bu zaman Mahir onun sol xaya nahiyəsindən 1 dəfə təpiklə vurub. Sonra Şamil üzərindəki turist bıçağı ilə zərərçəkmiş şəxsin qarın nahiyəsinə 1 dəfə qəsdən zərbə endirərək ona xəsarət yetirib. Hadisədən sonra Şamil Həsənov saxlanılıb və onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

 

Qeyd: Hadisə baş verən zaman Şamil Həsənov Abşeron rayonu ərazisində yerləşən tam orta məktəblərinin birinin 11 sinif şagirdi olub.

 

Kamal Məmmədov

Tarix: 11 İyul 2024, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin