BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağamirzə: "Tapşırmışdılar ki, Ağakərimi tərpətmək, ona əl vurmaq olmaz, bunlar isə dartıb şəhərə apardılar" - VİDEO

Tanınmış meyxanaçı Ağamirzə Məmmədov uzun illərdir, xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhəti barədə danışıb. 

 

O, Pravda.az-a açıqlamasında ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişi vasitəsilə may ayında həmkarının ARS Reabilitasiya Mərkəzində başlayan müalicələrinin heç bir nəticəsi olmadığını bildirib. 

 

“Bir az müalicə etdilər, nəticəsi heç nə, sıfır! Ağakərimin vəziyyəti pisləşməyə doğru gedir. Hər gün müalicəyə apardılar, əziyyət... Heç nə. Allah Mehriban xanım Əliyevaya cansağlığı versin. Mərkəzi Klinikada güclü həkimlər var, Heydər Əliyev Fondunun göstərişi ilə müalicə alan zaman tapşırmışdılar ki, bu xəstəni tərpətmək, ona əl vurmaq olmaz. Bunlar isə Ağakərimi dartıb şəhərə apardılar. Danışanda da pis olursan. Deyirlər, istəmir ki, Kərim ayağa dursun. Neçə gün onu müalicəyə apardılar. Kərimin səhhətində yaxşılığa doğru heç nə yoxdur...”, - A.Məmmədov deyib. 

 

Aytəkin Qardaşova 

Tarix: 11 İyul 2024, 16:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin