BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 142 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən T.Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, T.Məmmədov Bakıda ASC-lərdən birinin Tədris Mərkəzində “Elektrik quraşdırma ixtisası” üzrə nəzəri və praktiki dərslərinin tədrisi üzrə təlimçi vəzifəsində işləyib. O, MMC-lərdən biri tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasına xarici elektrik təchizatı işlərinin yerinə yetirilməsi üçün ASC tərəfindən texniki şərtin, layihənin hazırlanması, binanın elektrik xətlərinə quraşdırılması və sayğacların gətirilib quraşdırılması barədə zərərçəkmiş şəxs Z.Yusifliyə yalan vədlər verib. Təqsirləndirilən bu yolla zərərçəkmiş şəxsə məxsus 142 000 manat pulu ələ keçirib, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törədib, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona şərti cəza hökmü çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilib, məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbir ilə əvəz olunub. O, məhkəmə iclas zalından dərhal həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 12 İyul 2024, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin