BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə "Kabab evi"ndə tanışlarını bıçaqlayan dostlarla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Məzahir Həsənov və Cavid Qafarovun (hər ikisinin ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib. 


 
Qərara əsasən, apellyasiya şikayət təmin edilməyib.

 

İttihama görə, Məzahir Həsənov 07 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində yerləşən binaların birinin qarşısında, tanışı Cavid Qafarovla birgə zərərçəkmişlər – Namiq Əsədov və Nihad Dadaşovla (hər ikisinin ad, soyadı şərtidir) mübahisə edib. Mübahisəyə səbəb isə bir müddət əvvəl “Kabab evi” adlı kafedə zərərçəkmiş şəxslərin həmin obyektin otağında əyləşdikləri olub. Sonra Məzahir mətbəx bıçağı ilə bir dəfə Namiqin qarın nahiyəsinə vuraraq ona xəsarət yetirib. Bu zaman Cavid isə Nihada bir bıçaq zərbəsi endirib.

 

Hadisədən sonra hər iki şəxs saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlara 4 il həbs cəzası verilib.

 

Kamal Məmmədov

Tarix: 12 İyul 2024, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin