BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sədərək”də mağazaya basqın edən şəxs qərardan narazıdır

"Sədərək” ticarət mərkəzində mağazaya basqın etməkdə təqsirləndirilən Elnur Əmənovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 16-na təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib. Ali Məhkəmə də aşağı instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən qüvvədə saxlayıb. 

 

Qeyd: Hadisə 2022-ci ilin 15 noyabr tarixində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Əmənov sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib, mağazadan 30 min manat pul götürərək qaçıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Elnur Əmənov şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.

 

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib.

 

Kamal Məmmədov

Tarix: 15 İyul 2024, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin