BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” ASC-nin bəraət hökmü ləğv edilən əməkdaşından xəbər var

“Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyulun 16-na təyin edilib. 

 

Şikayət hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: 2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində yanğın qeydə alınıb. Məhkəmə Ekspertizası Mərkəzinin digər rəyinə görə, yanğın nəticəsində sahibkar Mövlud Əliyevə 75 935 manat ziyan dəyib. FHN istintaqı yekunda bu qərara gəlib ki, “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından, yəni xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinə görə yanğın baş verib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev cinayət məsuliyyətinə cəlb edilib.

 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin bəraət verilməsinə dair Quba Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ləğv edilib. Kamran Babayevin Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməyib.

 
Kamal Məmmədov

Tarix: 15 İyul 2024, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin