BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqlıqdakı əxlaqsızlığa görə tanışını öldürən şəxs yenidən məhkəmə qarşısında

Gədəbəy rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Mahir Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyulun 16-na təyin edilib. 

 

Şikayət hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Qeyd: 2022-ci il iyunun 15-də 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1964-cü il təvəllüdlü Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttihama görə, Məsim Pirverdiyev Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində yerləşən “Kartof anbarı”da nəzarətçi işləyirmiş. Hadisədən əvvəl hər iki şəxs yeyib-içib, sonra Məsim Pirverdiyev uşaqlıq illərini yada salıb, ona qarşı etdiyi əxlaqsızlıq hərəkətlərdən söhbət açıb. Bu zaman Mahir onu əvvəl şüşə butulkası ilə başından vurub, daha sonra Məsimin döş qəfəsinə bir dəfə zərbə endirərək qətlə yetirib.

 

Kamal Məmmədov

Tarix: 15 İyul 2024, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin