BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışını bıçaqlayan şəxs azadlığa çıxmaq istəyir

Bakıda tanışına xəsarət yetirməkdə təqsirləndirilən Röyal Şahmuradovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 16-na təyin edilib.

 

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, Röyal Şahmuradov sərxoş vəziyyətdə olan tanışı Elşən Quliyevə bıçaqla xəsarət yetirib. Hadisəyə səbəb isə zərərçəkmişin ona söyüş söyməsi olub.

 

Röyal Şahmuradovun atası mətbuata açıqlamasında isə oğlunun günahsız oldğunu, zərərçəkmişin özünün özünə xəsarət yetirdiyini iddia edirdi.

 

Kamal Məmmədov

Tarix: 15 İyul 2024, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin